IQNA

23:48 - July 31, 2021
Xəbər sayı: 3490410
İran Türkiyədəki meşə yanğınları ilə mübarizə məqsədi ilə bu ölkəyə amfibiya (yanğınsöndürən) təyyarəsi və iki helikopter göndərəcək.

İran Türkiyədəki meşə yanğınları ilə mübarizə məqsədi ilə bu ölkəyə amfibiya (yanğınsöndürən) təyyarəsi və iki helikopter göndərəcək.

SalamNews xəbər verir ki, "Sözcü" qəzetinin müxbiri Saygı Öztürkün iranlı səlahiyyətlilərə istinadən verdiyi xəbərə görə, 10 saniyədə 40 ton su ata bilən "ILLUSION-76" təyyarəsi bu gün Dalaman Hava Limanına enəcək.

İranın göndərdiyi təyyarənin ölkədə də yanğın söndürmə məqsədləri üçün də istifadə edildiyi qeyd edilir.

İranlı səlahiyyətlilər açıqlamalarında "dost və qardaş Türkiyəni dəstəkləmək üçün təyyarə və helikopter göndərdiklərini" bildirib.

Ad:
E-poçt:
* Comment:
* captcha: