IQNA

Britaniyada məktəbdə hicab qalmaqalı

17:12 - August 10, 2021
Xəbər sayı: 3490489
Böyük Britaniyada yerləşən məktəblərdən biri aşağı sinif şagirdi olan qızın dərslərə başı örtülü halda gəlməsindən sonra anti-terror qurumlarına müraciə edib.

Böyük Britaniyada yerləşən məktəblərdən biri aşağı sinif şagirdi olan qızın dərslərə başı örtülü halda gəlməsindən sonra anti-terror qurumlarına müraciə edib.

Nyu-Kaslda yerləşən katolik məktəbi 6 yaşlı şagirdin hicablı olmasından şikayətlənib.

Məktəb rəhbərliyi qızdan hicabını çıxarmağını tələb edib.

Müsəlman qızın anası deyir ki, qızı sinif yoldaşlarının ona nifrət etdiyini və onun xətrinə dəydiyini bildirib.

Faktla bağlı araşdırma başladılıb. /The Times

captcha