
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dəyərli "əl-Həyat" hədis məcmuəsinin və fiqh və İslam ideologiyası sahəsində bir çox qiymətli əsərlərin müəllifi və "Xorasan Əhli-Beyt Maarifinin Mücəddid"i (Məktəbe-Təfkik) Əllamə Məhəmmdərza Həkimi bu gecə 86 yaşında ikən fani dünya ilə vidalaşıb.
Əllamə Məhəmmdərza Həkimi hicri-şəmsi tarixi ilə 1314-cü ilin Fərvərdin ayının 14-də Məşhəd şəhərində anadan olub.
Hicri-Şəmsi tarixi ilə 1326-cı ildən dini elmi hövzədə təhsil almağa başlayıb və ömrünün 20 ilini bu yola xərcləyib.
Hicri-Şəmsi tarixi ilə 1348-ci ildə ictihad icazəsini Ayətullah Şeyx Ağabözrg Tehranidən alıb.
O, "əl-Həyat" hədis məcmuəsi (12 cild), "Quranın cəmiyyət formalaşdırması", "Minhaye-fəqr" (Çıxılsın Yoxsulluq), "Xurşide Məğrib" (İmam Zaman), "Aşura; daha çox məzlumiyyət", "Aşura; Ədalət", "Aşura; Qəzza", "İnqilabın 3 xorasanlı köməyi", "Çörək və kitab", "Müsəlmanların elmi", "Məktəbe-təfkik", "Fəlsəfədə ictihad və təqlid" və sair dəyərli kitabların müəllifidir.
Doktor Əli Şəriəti onu öz əsərlərinin redaktəsi üçün vəsi (vəkil) təyin etmişdi.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) bu böyük alimin vəfatı münasibəti ilə müsəlman ümmətinə başsağlığı verir. / iqna