IQNA

11:54 - August 28, 2021
Xəbər sayı: 3490610
Küveytdə sayca 24-cü olan illik milli Quran qiraəti və hifzi yarışları keçiriləcək. Quran qiraəti və hifzi yarışları Quran Elmləri Fondu tərəfindən təşkil edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Küveytdə sayca 24-cü olan illik milli Quran qiraəti və hifzi yarışları keçiriləcək.

Küveytin İslami Fondlar Nazirliyinin bu barədə verdiyi məlumata görə, Quran qiraəti və hifzi yarışları Quran Elmləri Fondu tərəfindən təşkil edilib.

Bu yarışlar cari ilin Oktaybr ayında İlahi vəhyə xidmət, uşaq, yeniyetmə və cavanların Quranla üsnsiyyətini genişləndirmək və çoxaltmaq və həmçinin beynəlxalq yarışlar üçün istedadlı Quran fəallarının seçilməsi hədəfi ilə keçirilir.

Oktyabr ayında "İtməin" şüarı ilə qadınlar və kişilər arasında keçirilən Quran yarışları iki həftə davam edəcək.   

Yarışların keçirilməsində Küveytin 40-dan çox rəsmi dini qrumu və xeyriyyə cəmiyyətləri iştirak edəcək.

Hər il keçirilən bu yarışlarda qaliblərə, Quran sahəsində fəal dini təşkilatlara və yarışların keçirilməsində aktiv olan qrumlara mükafat veriləcək.  / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: