IQNA

11:33 - August 31, 2021
Xəbər sayı: 3490630
Gecədə çıxış edənlər Əhli-beytin (ə) şənində şerlər deyiblər, Həzrət Zeynəbin (s) müqavimət və fədakarlığından danışıblar və İmam Hüseyn (ə) qiyamının fəlsəfəsini ədəbi dildə bəyan ediblər

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Pişavər şəhərində "Aşura şeri gecəsi" məclisi keçirilib.

İranın Pişavər şəhərindəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə İmam Hüseynin (ə) qiyamı mövzusunda keçirilən şer gecəsində yerli dölvət rəsmiləri, müəllimlər, mütəfəkkirlər, mədəniyyət və incəsənət əhli, Pakistanlı şairlər və qələm əhli iştirak ediblər.

"Aşura şeri gecəsi" məclisi Pakistanın Həvva Ədəbi Karvanı Birliyi və Pəxtunlu Bacıların Ədəbi Birliyinin həmkarlığı ilə keçirilib.

Aşura mədəniyyətin yayılması hədəfi ilə keçirilən şer məclisində Urdu, Puştu, Hinəku, Pəncabi, İngilis və Fars dillərində şerlər səsləndiriib.

Məclisdə çıxış edənlər Əhli-beytin (ə) şənində şerlər deyiblər, Həzrət Zeynəbin (s) müqavimət və fədakarlığından danışıblar və İmam Hüseyn (ə) qiyamının fəlsəfəsini ədəbi dildə bəyan ediblər. / iqna

برگزاری «شب شعر عاشورایی» درپیشاور پاکستان + عکس

Ad:
E-poçt:
* Comment:
* captcha: