IQNA

Britaniyanın elit hərbçiləri Əfqanıstandan arvad paltarında qaçdılar

23:25 - September 06, 2021
Xəbər sayı: 3490675
Böyük Britaniyanın SAS dəstəsindən olan xüsusi təyinatlıları qadın paltarları geyinərək Əfqanıstandan qaçıblar.

Böyük Britaniyanın SAS dəstəsindən olan xüsusi təyinatlıları qadın paltarları geyinərək Əfqanıstandan qaçıblar.

Üzlərini pərəncə ilə gizlədən hərbçilər diqqət çəkməyərək bir neçə km məsafəni qət edəək Əfqanıstanı tərk ediblər.

Əfqanıstanın cənubunda qalmış həmin 20 britaniyalı xüsusi təyinatlı Kabilə müstəqil şəkildə gəlməli olublar.

Onlar üçün ən çətin yer Kabil hava limana gedən yolu qət etmək olub.

Onları yoxlanış üçün bir neçə dəfə “Taliban” döyüşçüləri tərəfindən saxlanılsalar da, qadın paltarı geyindiklərinə görə şübhə çəkməməyi bacarıblar. / Şəfəqna

captcha