IQNA

Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır

10:08 - September 08, 2021
Xəbər sayı: 3490684
Məhərrrəm ayı daxil olduqda ailə daxilində problem oldu. Həyat yoldaşım xəstələndi. Səfər üçün ayırdığım 300 dollar pulu xəstəxanaya xərcləməli oldum. Bir tək viza qaldı və artıq nə edəcəyimi bilmirdim.

Kərbəla yolçuluğum. 2017-ci ildə Kərbəlaya getmək üçün “Viza” aldım. Əlavə olaraq da 300 dollar pulum var idi. Səfərə də “Velosipetlə” gedəcəkdim. Məhərrrəm ayı daxil olduqda ailə daxilində problem oldu. Həyat yoldaşım hamilə idi və xəstələndi. Səfər üçün ayırdığım 300 dollar pulu xəstəxanaya xərcləməli oldum. Bir tək viza qaldı və artıq nə edəcəyimi bilmirdim. Qərara aldım ki, Kərbəlaya getməyim. Evdə artıq ağlaşma idi, çünki uşağın ana bətnində ölmə ehtimalı var idi. Həkimlərdən vəziyyəti soruşdum, dedilər biz hazırda heç bir şey edə bilmərik 4-5 ay gözləməliyik. Dedim həkim mən Kərbəlaya səfər eləmək istəyirəm indi nə edim bəs? Dedi get və dua elə. Xəstəxanadan evə gəldik həmişə velosipetlə getmə deyən ailəm dedilər ki, sən get və bizim də həzrət İmam Hüseynə, həzrət Abbasa salamımızı çatdır.
 
Nəhayət çarəsiz olaraq maddi sıxıntılarla “Ya Hüseyn” sən çağırırsan gəlirəm dedim. Amma bir velosipetim, gecələməyə çadırım və bir də ac qalmamaq üçün yemək almağa az miqdarda pulum var. Nə oteldə qalmağa nə də qayıtmağa pulum yoxdur. Gecə evdən çıxdım. 10 gün İran ərazisində yol qət etdim. Bu 10 gündə insanlar məni evlərinə aparır, xidmət göstərirlər. Hələ pul xərcləməmişdim. Amma ilk dəfə səfər edirdim deyə İraqdan narahat idim ki, məni orada nə gözləyir bilmirdim. Həm də iranda dedilər ki, İraqda vəziyyət yaxşı deyil velosipetlə getmə. Xülasə İraqa daxil oldum və çox dəhşət isti ilə qarşılaşdım. Amma bu istilərdə mən isti su içmədim çünki, yol gedən maşınlar saxlayıb sərin su, sok ehsan edirdilər. Beləliklə hər gecə bir maraqlı evdə qonağ olurdum, gecələyərdim və hələ də pul xərcləməmişdim. Nəcəf şəhərinə çatdım məni velosipetlə hərəmə buraxmadılar. Yorğun əsəbi haldayam otel qiymətləri 30-50 dollardı imkanımda çatmır. Velosipeti və əşyalarımı ortalığa atdım və İmam Əlinin (ə) hərəminə daxil oldum. Dedim ağa ziyarətimi qəbul elə məni üzürlü bil burada qala bilmirəm. Içimdən bir səs Kufə şəhərinə get səni orada qarşılayacaqlar dedi və ağa ilə sağollaşıb Kufəyə üz tutdum.
 
10km yolu gəlib Kufəyə çatdım və fikirləşdiyim kimi də oldu. Məni orada qarşıladılar, yer verdilər yedim, içdim orada qaldım və Kufəni gəzdim. Səhəri gün İmam Əlini yenə ziyarət elədim və təşəkkürümü bildirib dedim ağacan gedirəm Kərbəlaya oğlun Hüseynə de məni qəbul eləsin artıq taqətim qalmayıb.
 
Kərbəlaya yola düşdüm 90km yolu bitirdim. Məni yolda saxlayıb yoxladılar və özləri ilə apardılar. Çarəsiz, yorğun, halsız formadayam nə edəcəyimi bilmirəm və hara apardığlarınıda bilmirəm. Məlumdur ki, ərəbcə də bilmirəm. Məni gətirdilər hansısa TV də məndən müsahibə aldılar mən də Azərbaycanın, millətimizin Əhli-Beyti sevən olduğunu dedim. Ondan sonra məni apardılar hərəmə orada mənə bir üzük və başqa hədiyyələr verdilər. Imam Hüseynin yeməkxanasında yemək üşün pulsuz kart verdilər və onlara təşəkkür etdim ayrıldım. Biraz aralandım gəldim velosipetimin yanına dayanacağa ki, qarolçuların köşkünün yanında biraz yorğunluğumu almaq üçün istirahət edim və icazə versələr elə orada da qalım. Elə yeni yuxuya getmişdim ki, “Yallah, Yallah” deyə-deyə yüksək səslə məni oyatdılar və özləri ilə apardılar. Məni hərəmin yanında yaxşı bir otelə gətirdilər. Dedim ağacan pulum yoxdur. Bir təhər başa saldı ki, pula ehtiyac yoxdur. Dedim sizə əziyyət vermək istəmirəm. Dedi xeyir Hərəmin başçısı səni mənə tapşırıb ki, oteldə qalmaq, qayıtmağa təyyarə bileti, Samirra, Kazimeyn ziyarətlərinə getmək üçün bilet və yemək İmam Hüseynin hərəminin büdcəsindən xərclənəcək. Beləliklə bir həftə Kərbəlada qaldım xüsusi turla Samirra, Kazimeynə gedib İmam Kazimi (ə), İmam Əliyyən Nəqini (ə), İmam Həsən Əskərini (ə) ziyarət etdim. Deyirdilər “Bayskil” yəni velosipetçi getmə qal. Biletimi alıb məni yola saldılar. Yolda da Zəncan şəhərindən olan Mustafa və anası ilə tanış oldum əziyyətimi çox çəkdilər. Onlarla sərhədə gəldim və baxdım ki, pulum cibimdə qalıb...
 
Ya Əli (ə) Ya Hüseyn (ə), Ya Abbas (ə) Ya Rza (ə) sizə çox minnətdaram. Çox şükür övladım da sağlam dünyaya gəldi. Yoldaşım möcüzəli şəkildə sağaldı.
 
Mən bu yolda çox möcüzələr ilə rastlaşdım yazsam hərəsi sətirə sığmaz. Elə şeylər var ki söz, dil aciz qalır. Və bu gün hansısa cahil Kərbəla haqqında artıq-əskik danışanda onlara yazığım gəlir. Həqiqətən Əhli-beyt bizlərə uca Allahın nemətidir və bu nemətdən uzaq düşmək bədbəxtçilikdir.
 
Allah bizləri Peyğəmbər (ə) və onun Əhli-Beytindən uzaq salmasın.
 
Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.
 
Ceyhun Hüseynli
captcha