IQNA

Taliban universitetlərdə pərdəylə arakəsmə yaratdı

10:18 - September 08, 2021
Xəbər sayı: 3490685
Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda tələbələr universitetə qayıtmağa başlayıb və bəzi hallarda qadın tələbələrlə kişi tələbələri otağın ortasında asılan pərdə və ya lövhələr ayırıb.

Taliban-ın hakimiyyəti yenidən ələ keçirməsindən sonra qadın haqlarına münasibəti təhlil etmək üçün ölkə boyu bütün universitetlərdə və məktəblərdə baş verənlər xarici qüdrətlər tərəfindən yaxından izləniləcək.

Bəzi qərb ölkələri Taliban hökumətinin tanınmasının və zəruri yardımın verilməsinin onların ölkəni necə idarə etmələrindən, o cümlədən qızlara və qadınlara olan rəftarlarından asılı olacağını deyirlər.

Qrup son dəfə 1996-2001-ci illərdə hakimiyyətdə ikən qızların məktəbə, qadınların isə universitet və işə getmələrinə qadağa qoymuşdu.

Talibanın son həftələrdə qadın haqlarının İslam qanunlarına uyğun olaraq qorunacağına dair söz verməsinə baxmayaraq, bunun praktikada nə demək olacağı bəlli deyil.

Əfqanıstanın ən böyük şəhərləri Kabil, Qəndəhar və Heratdakı universitetlərin müəllim və tələbələri Reuters xəbər agentliyinə qadın tələbələrin sinifdə ayrı oturduqlarını, onlara ayrılıqda dərslər keçildiyini və ya kampusun müəyyən hissələrində görünmələrinə məhdudiyyət qoyulduğunu bildiriblər.

Universitetə gəlib sinif otağının ortasında pərdə asıldığını görən Kabil Universitetinin 21 yaşlı tələbəsi Ancila telefonla Reuters xəbər agentliyinə “Ortadan pərdələrin asılması qəbuledilməzdir”- deyib.

Taliban keçən həftə tədrisə başlamağın gərək olduğunu, lakin kişi və qadınların ayrılmalı olduğunu deyib.

Taliban sözçüsü iki yerə ayrılmış sinif otağının fotoşəkili və ya universitetlərdə hansı tədbirlərin görüləcəyi ilə bağlı açıqlama verməyib. / Şəfəqna

captcha