IQNA

İranda Qurani-Kərim yarışları keçirilir

19:59 - September 08, 2021
Xəbər sayı: 3490691
İranın paytaxtı Tehran əyalətinin 44-cü Quran hifzi yarışlarının ikinci günü bu gün, 8 Sentyabr 2021-ci il, günün birinci yarısında Tehranın İslami Fondlar və Xeyriyyə İşləri İdarəsinin "Bəsirət" kompleksində öz işinə başlayıb.

Tahranda Qurani-Kərim yarışları keçirilirKişilər arasında Qurani-Kərimin 10 cüz, 20 cüz və kamil hifzi ixtisasları üzrə keçirilən bu yarışlar hazırda davam edir.Bu yarışlar Sentyabr ayının 8, 7 və 9-da kişilər arasında, 10 və 11-də isə qadınlar arasında keçiriləcək.

Kişilər arasında peşəkar qiraət yarışlarının finalı Sentyabr ayının 12-ə təsadüf edəcəkdir.

Tehranın 44. Quran hifzi yarışlarını hər iki qrup üzrə 22 nəfərlik hakim heyəti idarə edir.

Bu yarışların qalibləri milli Quran yarışlarında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

Qeyd edək ki, Tehranın İslami Fondlar və Xeyriyyə İşləri İdarəsinin 250 nəfərlik "Bəsirət" toplantı kompleksində yarışların keçirilməsi ilə əlaqədar koronavirusa qarşı bütün hazırlar görülmüş, binaya 25-dən nəfərdən artıq insan buraxılmır və sanitariya protokollarına tam əməl edilir.

captcha