IQNA

19:20 - September 16, 2021
Xəbər sayı: 3490754
“Hər kəs etdiyi zülmdən (gördüyü haqsız işdən) sonra tövbə edib özünü islah etsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (“Maidə” surəsi, ayə 39.)

Qurani-Kərimdə dörd növ islahatdan söz açılır:

1. Fərdi islahat:

Burada insan tövbə ilə öz işlərini düzəldir, islah edir.

فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللّهَ يَتُوبُ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Hər kəs etdiyi zülmdən (gördüyü haqsız işdən) sonra tövbə edib özünü islah etsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (“Maidə” surəsi, ayə 39.)

2. Ailədə islahat:

Əgər ər-arvad arasında narazçılıq varsa, bir nəfər kişi, bir nəfər də qadın tərəfindən ər-arvad arasındakı ixtilafı aradan qaldırıb, onların arasında islahat, sülh və barışıq yaratmalıdır.

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلاَحًا يُوَفِّقِ اللّهُ بَيْنَهُمَا

(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. (“Nisa” surəsi, ayə 35.)

3. Möminlər arasında islahat:

Əgər möminlərdən iki dəstə arasında ixtilaf və qarşıdurma yaranarsa, xaql onların arasını düzəltməli və onları barışdırmalıdır.

وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا...إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasında islahat aparın (onları barışdırın)... Həqiqətən, möminlər (bir-birilə) qardaşdırlar. Elə siə iki qardaşınızın arasında islahat aparın (onların arasını düzəldin) və Allahdan qorxun (təqvalı olun) ki, rəhm olunasınız! (“Hücurat” surəsi, ayə 9-10.)

4. İslam cəmiyyətində islahat (sosial islahat):

Bu növ islahat hakim dairələr və məsul vəzifəli şəxslərin vəzifəsidir; belə ki, onlar cəmiyyətdə fəsad və pozğunluqları aradan qaldırmaq üçün çalşmalıdırlar.

إِنْ أُرِيدُ إِلاَّ الإِصْلاَحَ مَا اسْتَطَعْتُ

(Şüeyb dedi:) “…Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm… (“Huf” surəsi, ayə 88.)

Maide.az – Maarif bölümü

Teqlər: islahat ، Quran ، fərdi islah ، saleh
Ad:
E-poçt:
* Comment:
* captcha: