IQNA

14:30 - September 25, 2021
Xəbər sayı: 3490811
Həzrət Məhəmməd peyğəmbər (s) həyatda ikən indiki Hindistan ərazisində inşa edilmiş məscid yaxın zamanda yenidən açılacaq. Bu müsəlman ibadətgahı Hindistan yarımadası ərazisindəki ən qədimi məsciddir.

Həzrət Məhəmməd peyğəmbər (s) həyatda ikən indiki Hindistan ərazisində inşa edilmiş məscid yaxın zamanda yenidən açılacaq.

Bu müsəlman ibadətgahı Hindistan yarımadası ərazisindəki ən qədimi məsciddir.

Tarixi məlumatlara əsasən, bu məbəd 629-cu ildə tikilib. Bundan bir neçə il öncə isə Çeraman Perumal hakimi Ərəbistan yarımadasında olub və burada hz. Peyğəmbərlə (s) şəxsən görüşərək İslam dinini qəbul edib. Hindistanlı hakim vətəninə geri dönərkən yolda vəfat edib, lakin onun yol yoldaşı olan fars alimi Malik ibn Dinar Perumala çarlığında məscid inşa etdirmək qərarına gəlir. Hazırda sözügedən məscid Hindistanın Kerala ştatının Trissur dairəsində yerləşir.

Yüzillər ərzində ibadətgah dəfələlərlə dağılıb və yenidən inşa edilib, lakin hazırda isə bərpa prosesi hökumətin nəzarəti altındadır.

Məscid ilk dəfə inşa edildiyi üslubda bərpa edilir və onun nəzdində İslam müzeyi də istifadəyə veriləcək. / Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: