IQNA

Əfqanıstanda İŞİD əleyhinə əməliyyat keçirildi

19:16 - October 06, 2021
Xəbər sayı: 3490912
"Taliban" paytaxt Kabilin Paqman bölgəsində terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, "Taliban" paytaxt Kabilin Paqman bölgəsində terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirib.  

"Taliban" sözçüsü və "Taliban" müvəqqəti hökumətinin mədəniyyət nazirinin müavini Zəbihullah Mücahid məsələ ilə bağlı açıqlama verib.  

Əməliyyatda 4 İŞİD üzvünün nəzarətə alındığını qeyd edən Mücahid təşkilata aid silah və sursatın ələ keçirildiyini söyləyib. 

 

Teqlər: Əfqanistan ، İŞİd ، terror ، taliban
captcha