IQNA

20:17 - October 09, 2021
Xəbər sayı: 3490928
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Möminə ona görə mömin deyirlər ki, insanlar can və mal cəhətdən ondan amandadırlar.

İmam Sadiq (ə) buyurur: “Allah buyurur: “Hər kim Mənim mömin bəndəmi incidərsə, Mənimlə müharibə elan etmiş olar.

Hər kim Mənim mömin bəndəmi əziz tutarsa, Mənim qəzəbimdən amandadır. Şübhəsiz ki, yeddi göy və yer onlara görə bərpadır””.

Allah Təala buyurur: “Hər kim Mənim dostlarımdan birini xar edərsə, sanki Mənim qarşımda döyüş üçün dayanmışdır. Mən öz dostlarıma çox tez yardım edirəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mömini zəlil edərsə, Allah onu xar edər”.

Başqa hədisdə Rəsulallah (s) buyurur: “Ən zəlil insan o kəsdir ki, insanları xar edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala mömini Öz əzəmətindən, cəlalından və qüdrətindən yaratmışdır. Ona görə hər kim ona tənə vurarsa, ya sözünü rədd edərsə – sanki Allahın sözünü rədd etmişdir”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Möminə ona görə mömin deyirlər ki, insanlar can və mal cəhətdən ondan amandadırlar.

Müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən amanda olsun. Mühacir o kəsdir ki, günahlarından hicrət edər və uzaqlaşar”.

Mənbə: Deyerler.org

Teqlər: İslam ، müsəlman ، Quran
Ad:
E-poçt:
* Comment:
* captcha: