IQNA

19:57 - October 10, 2021
Xəbər sayı: 3490936
Livan Hizbullahı bir bəyanatla Əfqanıstanın Qunduz əyalətindəki bir məsciddə törədilmiş terror partlayışını pisləyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla verdiyi məlumatına əsasən, Livan Hizbullahının bəyanatında deyilir ki, bu hərəkat bütün insani qanunlar və səmavi dinlərlə təzad təşkil edən və terrorçu İŞİD qrupu tərəfindən törədilən Qunduz məscidindəki cinayətkarcasına partlayışı pisləyir.

Hizbullah sonra İslam Dünyasının bütün dini mərcələrindən istəyibdir ki, bu kimi cani terrrorçu qruplaşmalar qarşısında qətiyyətli mövqe tutsunlar. Hizbullah Əfqanıstandakı məsul şəxsləri qatilləri cəzalandırmağa və bu fəlakətli qırğınların təkrarlanmasının qarşını almaq üçün mümkün olan tədbirlər görməyə çağırıb.

İraq şiələrinin ali dini mərcəiyi- Ayətullah Seyid Əli Sistani də belə qeyd edib: Tam təəssüf və heyrətlə görürük ki, islami ölkələr və dünya ictimaiyyəti müdafiəsiz Fələstin xalqını öz ixtiyarına buraxıb və öz laqeydliklərilə əslində bu mömin xalqın ifratçı və ekstremist qrupların hücum və cinayətlərinin hədəfinə çevrilməsinə icazə veriblər.

Seyid Əli Sistani vurğulayıb: Siz bütün əzizlərdən istəyirik ki, milli vəhdət və həmrəyliyin gücləndirilməsi üçün səy göstərib, terror qruplarının cinayətləri və repressiyaları qarşısında mülkiləri müdafiə üçün uğurlu həll yollarının ardınca ola və ictimai məkanlar və məscidlərdə oxşar faciələrin təkrar olmasının qarşısını almaq üçün münasib tədbirlər görəsiniz.

Teqlər: Hizbullah ، Quran ، İslam ، Qunduz
Ad:
E-poçt:
* Comment:
* captcha: