IQNA

Bu gün İmam Həsən Әskərinin (ə) şəhadəti günüdür

23:47 - October 14, 2021
Xəbər sayı: 3490976
İmam Həsən Әskəri (ə) hicrətin 232-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.

Bu gün İmam Həsən Әskərinin (ə) şəhadəti günüdürİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İmam Həsən Әskəri (ə) hicrətin 232-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.

Atası Həzrət Hadi (ə), anası iisə zəmanənin ən nəcib xanımlarından olan Susən xatun idi.

İmam Əsgəri (ə) 22 yaşında ikən, atası şəhid oldu.

O Həzrətin (ə) adı Həsən, künyəsi Әbu Muhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әsgəri olmuşdur.

Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi.

O Həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq, Samirra şəhərində dəfn olunub.

Onun yeganə övladı həmin vəd olunmuş Həzrət İmam Məhdidir (ə.f) ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.

İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra İmam Zaman ağanın (ə.f) imamət dövrü başlayır.

captcha