IQNA

7:47 - October 18, 2021
Xəbər sayı: 3491009
Sabah İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin Mərvi Ali Dini Elmi Mədrəsəsində Ayətullah Məhdəvi Kəninin vəfatının 7-ci ildönümü münasibəti ilə anım mərasimi keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, 19 Oktyabr 2021-ci il, İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin Mərvi Ali Dini Elmi Mədrəsəsində Ayətullah Məhdəvi Kəninin vəfatının 7-ci ildönümü münasibəti ilə anım mərasimi keçiriləcək.

Yerli vaxtla günün ikinci yarısında, saat 15:00-da Mərvi mədrəsəsinin məscidində keçiriləcək mərasimdə Mərvi Ali Dini Elmi Mədrəsəsinin müdiri və İran Ali Dini Elmi Hövzələrinin rəhbəri Ayətullah Əərafi çıxış edəcəklər.

Mərvi Ali Dini Elmi Mədrəsəsi həmişə böyük insanların pənah yeri olub, bu mədrəsədən böyük şəxsiyyətlər məzun olublar.

Mərvi mədrəsəsinin məzunlarından biri də Ayətullah Məhdəvi Kəni idi ki, sonralar 30 il müddətində mədrəsənin rəhbərliyini də etmişdi.

Mərasimi www.howzehmarvi.ir/live saytı üzərindən canlı izləyə bilərsiniz. / 4005515

Ad:
E-poçt:
* Comment:
* captcha: