IQNA

18:04 - October 18, 2021
Xəbər sayı: 3491013
Braziliyalı bir xristian həkim rəbiyəl-əvvəl ayının 9-u Cəmkəran Müqəddəs Məscidində İslam dinini qəbul edib.

Braziliyalı bir xristian həkim rəbiyəl-əvvəl ayının 9-u Cəmkəran Müqəddəs Məscidində İslam dinini qəbul edib.

Bu xristian xanım İranın Qum şəhərində Zəmanə Sahibinin (ə.f) şərəfinə ucaldılan Cəmkəran müqəddəs məscidinin beynəlxalq təbliğçisi və fəxri xidmətçisi höccətül-İslam Əli Həmidi və həyat yoldaşı ilə çoxdan tanış idi və onlara İslamla bağlı suallar verirdi.

Uzun müddət İslamı, şiə və sünni məzhəblərini araşdırmış və bu cütlüyü sayəsində öyrəndiyi məlumatları tamamlamağa çalışırdı.

İslam dinini yeni qəbul etmiş xanımın həyat yoldaşı da braziliyalıdır və Əl-Zəhra cəmiyyətində təhsil alır. Bu evlilik və xarici dil bilikləri sayəsində sözügedən tələbə müxtəlif ölkələrə çoxlu təbliğat səfərləri edib.

Braziliyalı xristian həkim Zəmanə Sahibinin (ə.f) imamlığa başlamasının ildönümündə Cəmkəran Müqəddəs Məscidində olarkən video zəng üzərindən kəlimeyi şəhadət gətirərək, Cəfəri fiqh elmi əsasındab İslam dinini qəbul edib. / deyerler

Ad:
E-poçt:
* Comment:
* captcha: