IQNA

9:01 - October 19, 2021
Xəbər sayı: 3491021
Ötən həftənin Cümə günü (15 Oktyabr 2021) Əfqanıstanın Qəndəhar şəhərində yaşayan şiələrin Bibi Fatimə Məscidinə edilən terror hücumunun ilk videosu yayılıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  ötən həftənin Cümə günü (15 Oktyabr 2021) Əfqanıstanın Qəndəhar şəhərində yaşayan şiələrin Bibi Fatimə Məscidinə edilən terror hücumunun ilk videosu yayılıb.

Şiələr Cümə namazı qılarkən məscidə avtomat silahla basqın edən İŞİD terrorçuları məsciddən çıxanların qarşını silahla alıblar və daha sonra bombanı partladıblar.

Həmin terror hücumunda ardıcıl partladılan 3 bombadan sonra 62 şiə şəhid olmuş və 70 nəfər yaralanmışdı.

Qeyd edək ki, daha öncəki həftənin Cümə günü isə Əfqanıstanın Qənduz şəhərində şiələrin məscidinə edilən hücum zamanı 43 nəfər şəhid olmuş və yüzdən çox insan yaralanmışdı. / 4006219

Ad:
E-poçt:
* Comment:
* captcha: