IQNA

21:15 - October 23, 2021
Xəbər sayı: 3491047
Qardabani şəhərinin “Marağa” məscidində əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mübarək təvəllüd günləri münasibətilə mərasim keçirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Mərasimdə tələbələr və atasını itirmiş uşaqlar, onların anaları, din xadimləri və inanclı gənclər iştirak edib.

Məşədi Vidadi Qurbanovun Qurani Kərimdən ayələrin tilavəti ilə açıq elan olunan mərasimdə Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Ruhaniləri Heyətinin üzvü Hacı Namiq Hüseynov, məscidin axundu Məşədi Rasim Qasımov, təbrizli din alimi Hacı Həsən Yusifzadə çıxış edib.

Çıxış edənlər öncə Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin mübarək mövludu və Vəhdət günləri münasibəti ilə iştirakçıları təbrik edib, Peyğəmbərimizin (s) fəzilətli məqamı, örnək insani keyfiyyətləri və dəyərli kəlamlarından, gətirdiyi İslam dininin əsas missiya və mahiyyəti haqqında geniş danışıblar.

Mərasimdə əhlibeyt məddahı Səid Həsən Peyğəmbər (s) eşqinin tərənnüm edən mövludnamə və ilahilər oxuyub.

Mərasimin sonunda uşaqlara hədiyyələr və 14 məsumun həyatından bəhs edən proşurlar təqdim olunub.
Nəhayət, dualar ilə yekunlaşan mərasimin sonunda iştirakçılar bayram süfrəsinə dəvət olunublar.

Gürcüstanda mövlud bayramı mərasimi təşkil olunub

Ad:
E-poçt:
* Comment:
* captcha: