IQNA

Məscidül-Həramda ibadət edənlərin sayının artırılması

17:30 - October 26, 2021
Xəbər sayı: 3491059
Korona məhdudiyyətləri aradan qaldırılıb. Səudiyyə rəsmiləri, Məscidül-Həramın tutumunu artırıb. Bu məscidə zəvvarlar və ibadət edənlərin getməsi barədə icazə verilib. Buna görə də, hər gün çoxlu sayda ibadət edənin iştirakı ilə camaat namazı qılınır.

Məscidül-Həramda ibadət edənlərin sayının artırılmasıİQNA-nın verdiyi xəbərə əsasən, Korona məhdudiyyətləri aradan qaldırılıb. Səudiyyə rəsmiləri, Məscidül-Həramın tutumunu artırıb. Bu məscidə zəvvarlar və ibadət edənlərin getməsi barədə icazə verilib. Buna görə də, hər gün çoxlu sayda ibadət edənin iştirakı ilə camaat namazı qılınır.

Bununla əlaqədar olaraq, Məscidül-Həram və Məscidün-Nəbinin (s) Ümumi Müdirliyi, ibadət edənləri və zəvvarları qarşılamaq üçün 780 işçini işə götürüb.

Məscidül-Həramın qapılarına nəzarət etmək üçün 200 işçi və fövqəladə hallar və təhlükəsizlik məsələləri üçün 500 mülki təhlükəsizlik işçisi işə götürülüb.

Həmçinin, Məscidül-Həramın yuyucu və dezinfeksiya qrupları, 400 nəfər kişi və qadın ekipaj üzvlərindən istifadə etməklə gündə 10 dəfə məscidi təmizləyir və dezinfeksiya edir.

Bundan əlavə, Məscidül-həramın zəvvarlarının əllərini dezinfeksiya etmələri üçün 500-dən çox cihaz, 20 intellektual robot və 550 əl dezinfeksiya çəni quraşdırılıb.

Qeyd edək ki, Səudiyyə mənbələri, ötən həftə Məscidül-Həram və Məscidin- Nəbidə (s) koronar gigiyena qaydalarına riayət etmək üçün sosial məsafə ilə bağlı məhdudiyyətlərin qaldırıldığını açıqlamışdı.
Onlar həmçinin bu yaxınlarda, xarici zəvvarlar üçün də səyahət məhdudiyyətlərini azaldıb.

4008071

captcha