Konqo Beynəlxalq Əlmustafa Universitetinin nümayəndəsi və insan haqları müdafiəçisi İsmail Bukasa, 35-ci Beynəlxalq İslam Birliyi Konfransı çərçivəsində "İQNA"-nın müxbirinə müsahibə verib: "O, müsəlmanlar arasında birliyin olmamasının zərərlərinə toxunaraq, İslam məzhəbləri ilə müsəlmanlar arasında birliyin vacibliyindən danışıb. O, deyib ki, müsəlmanlar müxtəlif mövzularda bir-birləri ilə həqiqi əməkdaşlıq etməlidirlər.
İsmail Bukasa bildirib: Deyə bilərəm ki, birliyin olmaması İslamı zəiflədir. Həmçinin bütün müsəlmanlar bu məsələdən zərər görürlər. Bu səbəbdən bütün müsəlmanlar həqiqi birlik və davamlı əməkdaşlıq üçün səy göstərməlidirlər.
O, qeyd edib ki, müsəlmanlar arasında həqiqi birlik olmasa, islamqorxusu günü-gündən artacaq və nəticədə İslama pis zərbə dəyəcək. Odur ki, islamqorxusu ilə hamımız birlikdə mübarizə aparmalıyıq.