İQNA, "Ərəbi 21"-ə istinadən xəbər verir ki, yerli mətbuatın bir sıra rəsmilərə istinadən verdiyi məlumata görə, Hindistan rəsmiləri, əksəriyyəti ifrat sağçı qrupların üzvləri olan onlarla insanı, Dehlinin kənarında cümə namazına mane olduqları üçün həbs edib.
Bir neçə həftədir ki, hindu qrupları, müsəlmanların açıq yerdə cümə namazı qılmasına mane olmaq üçün "Yeni Dehli"nin kənarındakı şimalı Qurqaon şəhərinin rəsmilərinə təzyiq edir.
Mənbələr bildiriblər ki, polis cümə günü şəhərdə öz qüvvələrini artırıb. Onlar, yerli sakinlər və hindu qruplarından müsəlmanlara qarşı şüarlar səsləndirərkən, azı 30 nəfəri həbs edib.
Qeyd etmək lazımdır ki, Hindistan müsəlmanlarına qarşı zorakılıq davam edir. Hindistanın Tripoli əyalətində müsəlmanların məscidləri, evləri və mağazaları ekstremist hindu qrupları tərəfindən hücuma məruz qalıb və dağıdılıb.