IQNA

İran, Tanzaniyada hicab sərgisi keçirir

12:16 - November 03, 2021
Xəbər sayı: 3491119
Müsəlmanlar arasında İslami geyim mədəniyyətini nümayiş etdirmək üçün tezliklə Tanzaniyada "İslami Hicab" sərgisi keçiriləcək.

hicabİQNA-nın verdiyi xəbərə əsasən, İranın Tanzaniyadakı mədəniyyət müşaviri Mürtəza Pirani, "İslami Hicab" Sərgisinin keçirilməsində Qətər səfirliyinin iştirakını cəlb etmək məqsədilə Qətərin Darüs-Salamdakı səfirliyinə gedib. O, Qətərin Tanzaniyadakı səfiri Hüseyn ibn Əhməd Əl-Həmid ilə görüşüb. Bu görüşdə həmçinin mədəni və dini əməkdaşlıq məsələlərini də müzakirə etmək istədiyini bildirib.

Pirani, İranın Tanzaniyada "İslami hicab" sərgisi keçirmək üçün mədəni məsləhətləşmə proqramına və bu proqramın həsəflərinə toxunaraq deyib: "Bu sərgi, müxtəlif İslam ölkələrində İslam geyim mədəniyyətini nümayiş etdirmək üçün keçirilir."

O, Tanzaniyada tanzaniyalı rəssamların İslam hicabına dair rəsm sərgisinin də keçiriləcəyinə işarə edərək əlavə edib: "Dini və mədəni proqramları həyata keçirmək üçün Tanzaniyadakı digər fəal səfirliklərlə həmkarlıq edə bilərik. Buna nail olmaq, müsəlmanlar arasında həmrəylik və birliyə səbəb olar."

Qətərin Tanzaniyadakı səfiri Hüseyn ibn Əhməd Əl-Həmid, İranın mədəni məsləhətləşmə proqramlarının Tanzaniyada həyata keçirilməsində birgə əməkdaşlığı yaxşı qarşılayıb.

4010160

captcha