İQNA, "Sədyül-bələd"-ə istinadən xəbər verir ki, Əl-Əzhər Məscidində Quranın hifzi üçün müxtəlif səviyyələrdə birillik, ikiillik və üçillik məşğələlər başlayıb. Uşaqların Quranı əzbərləmək dərsləri də, çərşənbə axşamı, noyabrın 2-dən başlayıb.
Əl-Əzhər elmi fəaliyyətlərinin rəhbəri, doktor Əbdül Münim Fuad bununla bağlı deyib: "Əl-Əzhər məscidində qarşıdakı maneələri aradan qaldırmaq məqsədi ilə Quran hifzi seansları, Quran təlimləri, hafizlər və Quran öyrənənlər üçün iclaslar keçirilib. Quran hafizlərinə, Quranı yeni öyrənənlərə daha çox diqqət yetirmələri tövsiyə olunub."
O, tələbələrə üzünü tutaraq deyib ki, sizin işiniz Uca Allahın kəlamını əzbərləmək olduğu üçün mübarək bir işdir. Həzrət Peyğəmbər (s) buyurur: "Sizin ən xeyirliniz Quranı öyrənən və başqalarına öyrədəndir".