İQNA-nın verdiyi xəbərə əsasən, Höccətül-islam Nemətullah Nadi, noyabrın 6-da Qum Universitetinin kollektivi qarşısında dinimizdə zikrin problem və qayğılarımızı sakitləşdirdiyinə işarə edərək deyib: "Bəziləri daim, həyatdakı hər bir problemi öz paxıllarının və düşmənlərinin bədxahlığı ilə əlaqələndirməyə çalışırlar. Sehrləri batil etmək üçün həddindən artıq ödənişlər edirlər.
O, bildirib ki, "La həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim" ibarətinin mənası o deməkdir ki, Uca Allahın qüdrətindən başqa heç bir qüdrət yoxdur. Bəzən həyatımızda dalana dirənirik. Düşmənlərimizin bizə sehr etdiyini düşünürük.
Höccətül-islam Nemətullah Nadi, qeyd edib ki, əlbəttə, sehr var. Ancaq mənası bu deyil ki, hər problemin sehr olduğunu düşünək.
Peyğəmbərlər və övliyalar bizə nümunədirlər. İbrahim (ə) mancanaqda oda atılmağa hazır olanda, Uca Allah tərəfindən bir mələk nazil olur ki, hər hansı bir qulluğunuz varsa, xidmətinizdəyəm. O anlarda ki, Hz.İbrahim (ə) tək qalır və heç kim, hətta əmisi də ona dəstək vermir, mələkin cavabında deyir: "Sənə ehtiyacım yoxdur".
Həqiqətdə, bu cümlə, "La həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim" ibarətinin mənasıdır. Əgər insan həqiqətən də bu məsələyə inansa, od onun üçün gülistan olar.