IQNA

20:00 - November 07, 2021
Xəbər sayı: 3491155
Bu gün Nəcəf valisi, Nəcəf Əşrəfi Məkkəyə birləşdirəcək Həcc quru yolunun tikintisinin bərpa olunduğunu elan edib.

İQNA, "İraq" Xəbər Agentliyindən xəbər verir ki, bu gün Luy Əlyasir, 2014-cü ildə dayandırılmış planın bərpa olunduğunu elan edib. Bu, İraqın ən mühüm strateji planlarından biridir. Çünki qədimi bir ziyarət yolunu, quru yolunu bərpa edir.

O, qeyd edib ki, bu yolun yenidən bərpa edilməsi, Nəcəf şəhərinə müsbət təsiri olacaq. Çünki bu vilayət, İraqın Səudiyyə Ərəbistanına, eləcə də Fars körfəzi boyunca yerləşən ərəb ölkələrinə giriş qapısıdır.

Məskən Nazirliyinin nümayəndəsi Məhəmməd Əli Casim də, bu barədə məlumat verib: "Bu yolun uzunluğu 239 km-dir. Bu plan, bir neçə mərhələdə birbaşa bu nazirliyin əməkdaşları tərəfindən həyata keçiriləcək. Hər mərhələdə 50 km məsafə düzəldiləcək.

Digər tərəfdən, bu plan bu yolun hər iki tərəfində yerləşən rayon və kəndlərin sakinlərinin bu vilayətin mərkəzinə çıxışını təmin edəcək.

4011111

Ad:
E-poçt:
* Comment:
* captcha: