IQNA

Xristian kişi Məşhəddə İslam dinini qəbul etdi

16:10 - November 08, 2021
Xəbər sayı: 3491162
Mavriki Respublikasından olan 30 yaşlı şəxs Məşhəd şəhərində yerləşən İmam Rza (ə) hərəmini ziyarət edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Shafaqna-ya istinadən xəbər verir ki, Mavriki Respublikasından olan 30 yaşlı şəxs Məşhəd şəhərində yerləşən İmam Rza (ə) hərəmini ziyarət edib.

O, 8-ci İmamın (ə) ziyarətgahındaca İslam dinini qəbul edib.

Afrikalı kişinin sözlərinə görə, o, bu dinlə bağlı araşdırmalar apardıqdan sonra və internet üzərində axtarışlar etdikdən sonra müsəlman olub.

O, ölkəsinin əhalisi arasında müsəlmanların da olduğunu və bu səbəbdən də uşaqlıqdan İslam ayinləri ilə tanışlığının olduğunu qeyd edib.

captcha