IQNA

Misirin peyk şəbəkəsinin interaktiv proqramı

14:19 - November 09, 2021
Xəbər sayı: 3491166
Misirin peyk şəbəkəsinin interaktiv proqramı
Misirin "İqrə" peyk şəbəkəsi, dünyanın hər yerindən izləyiciləri Quran oxumağa təşviq etmək üçün interaktiv proqramlar hazırlamaqla müxtəlif ölkələrdən olan qarilərin qiraətlərini yaymlayır. Eyni zamanda onları təhlil edir.

"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, Misirin “İqrə” peyk şəbəkəsi, bu yaxınlarda "Və rəttilil-Quran" proqramında dünyanın hər yerindən qarilərin qiraətlərini yayımlayıb, tamaşaçıları Qurani-Kərimi oxumağa təşviq edir.
Bu proqram, hər həftənin cümə axşamı və cümə günləri Misir vaxtı ilə saat 22:30-da efirə gedir. Onun aparıcısı, Misirin məşhur qarilərindən biri olan Musab Ərafatdır.
Bu proqramın digər hissəsində isə Qurani-Kərimlə tanışlıq sahəsində Peyğəmbərin (s) səhabələrindən və onun ardıcıllarından daha az eşidilən hadisələr təqdim olunur.
Aşağıdakı videoda siz bu Quran proqramının bəzi hissələrini görə bilərsiniz.

4011777

kod
captcha