"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, Misirin “İqrə” peyk şəbəkəsi, bu yaxınlarda "Və rəttilil-Quran" proqramında dünyanın hər yerindən qarilərin qiraətlərini yayımlayıb, tamaşaçıları Qurani-Kərimi oxumağa təşviq edir.
Bu proqram, hər həftənin cümə axşamı və cümə günləri Misir vaxtı ilə saat 22:30-da efirə gedir. Onun aparıcısı, Misirin məşhur qarilərindən biri olan Musab Ərafatdır.
Bu proqramın digər hissəsində isə Qurani-Kərimlə tanışlıq sahəsində Peyğəmbərin (s) səhabələrindən və onun ardıcıllarından daha az eşidilən hadisələr təqdim olunur.
Aşağıdakı videoda siz bu Quran proqramının bəzi hissələrini görə bilərsiniz.