IQNA

Məkkə və Mədinədə xaricilərə daşınmaz əmlak almağa icazə verilib

19:15 - November 10, 2021
Xəbər sayı: 3491172
Səudiyyə Ərəbistanı hökuməti, xarici ölkə vətəndaşlarının Məkkə və Mədinədə daşınmaz əmlak fondlarına investisiya qoymasına razılıq verib.

"İQNA", "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Kapital Bazar Təşkilatının yaydığı açıqlamada xaricilərə Məkkə və Mədinədə daşınmaz əmlak fondlarına sərmayə qoymaq üçün lisenziya verilib.

Bu qanuna müvafiq olaraq, bu ölkədəki xaricilər, investisiya fondlarında olan kapitallarının bir hissəsini və ya hamısını bu iki şəhərin daşınmaz əmlak fonduna yönəldə bilərlər.

Bundan sonra xaricilər, bu iki şəhərdə daşınmaz əmlak ala bilərlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft istehsalçısı kimi xarici investisiyaları cəlb etməklə neftdən iqtisadi asılılığını azaltmaq istəyir.

4012180

captcha