IQNA

Almaniyada "İslam tarixi" adlı kitab çap olunub

19:22 - November 10, 2021
Xəbər sayı: 3491173
"İslam tarixi", Səmir Muradın 2021-ci ilin fevralında Almaniya kitab bazarına çıxan kitabının adıdır.

İQNA-nın verdiyi xəbərə əsasən, "İslam tarixi" kitabı, 657 səhifədən ibarətdir. Alman dilində olan bu kitab, Almaniya kitab bazarında islami əsərlərlə maraqlananlara təqdim olunur.

Müəllif, bu kitabda peyğəmbərlərin hekayətlərindən, ərəb mənbələrindən, Təbərinin tarixindən, həmçinin səlib yürüşləri ilə bağlı mənbələrdən və müxtəlif ölkələrdə müsəlmanların həyat tarixçəsindən istifadə edib.

O, dünyada baş verən tarixi hadisələri, əvvəldən indiyədək İslam nöqteyi-nəzərindən təhlil etməyə çalışmışdır.

Almaniyadakı İran Mədəniyyət Şurasının məlumatına görə, Səmir Murad hesab edir ki, müsəlmanlar tarixi hadisələri islami prizmadan araşdırsalar, indiki zamanda və gələcəkdə rahatlıqla yaşaya bilərlər.

4012280

captcha