"İQNA"-nın verdiyi xəbərə əsasən, 36-cı Tunis Beynəlxalq Kitab Sərgisi, 2021-ci il noyabrın 11-də açılıb. Noyabrın 21-dək davam edəcək.
Bu sərgi müxtəlif yaş qruplarından olan ziyarətçiləri qəbul edir. Maraqlı məsələ Quran və İslami kitablar təqdim edən dini nəşriyyat mərkəzlərində ziyarətçilərin maksimum olmasıdır. Ziyarətçilər bu mərkəzlərin stendlərinə çox rəğbət göstərirlər.
"Darul-Fəcril-İslami", "Darul-Mərifət", "Darul-Xeyr" və "Darut-Təqva" bu sərgidə Suriyadan iştirak edən nəşriyyatlardır.
"Darul-Ğousani", "Əlmisbah", "Darul-loluə" və "Darul-ğədidil-cədid" bu sərgidə Misirdən iştirak edən nəşriyyatlardır.
"Darur-risalət" bu sərgidə Livandan iştirak edən nəşriyyatdır.
"Daruruz-Zeytunətu lilkitab" və "Darul-İmamul-Maziri", Darul-Malikiyyə", "Nomam" və "Daru Səhnun" bu sərgidə Tunisdən iştirak edən nəşriyyatlardır.