IQNA

Şarcə Quran Assambleyası

9:40 - November 22, 2021
Xəbər sayı: 3491239
Avstriya Prezidentinin nümayəndəsi, Şarcədə Qurani-Kərim Assambleyasına səfəri zamanı buranı dünyada böyük mədəni nailiyyət kimi dəyərləndirib.

Şarcə Quran AssambleyasıİQNA, "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Senator Riçard Şinz, Avstriya Ərəb Ticarət Palatasının prezidenti və Avstriya Federal Prezidentinin nümayəndəsi, Dünən Şarcə Qurani-Kərim Assambleyasına gedən nümayəndə heyətinə rəhbərlik edib.

Şarcə Qurani-Kərim Assambleyasının baş katibi Şirzad Əbdür-Rəhman Tahir Avstriya nümayəndə heyətini qarşılayıb. O, kolleksiya, onun bölmələri, fəaliyyət istiqamətləri, məqsədləri, işinin tərəfləri, dəyərli elmi və Quran xəzinələri və min ildən çox nadir qədim əşyalar haqqında məlumat verib.

Riçard Şinz, Qurani-Kərim Assambleyasını dünyada böyük mədəni nailiyyət kimi dəyərləndirərək deyib: "Bu Assambleyanın muzeylərində Qurani-Kərimin bütün dövrlərdəki tarixinə baxış keçirilir. Bu muzeylərdə müxtəlif əsrlərə aid elmlər var."

Qeyd edək ki, Şarcə Quran Assambleyası, 2020-ci il dekabrın 21-də Şarcə əmiri və hökmdarı tərəfindən açılmışdır. Bu kolleksiya, 7 elmi və tarixi muzeyin yer aldığı dünyanın ən böyük Quran kolleksiyasıdır. Bundan əlavə, Qurani-Kərimlə bağlı fəaliyyət və proqramlara, Quranın müxtəlif sahələrində həvəskarların və fəalların toplanmasına həsr olunub.

Şarcə Qurani-Kərim Dərnəyinin 140 ölkədə filialları var və dünyanın hər yerindən tələbələri qəbul edir.

4014954

captcha