IQNA

9:24 - November 29, 2021
Xəbər sayı: 3491279
Livanın baş naziri Vatikana səfərinin sonunda məscidi və Roma İslam Mərkəzini ziyarət edərək müsəlman və xristianları birləşməyə dəvət edib.

İQNA, "Ən-nəşrə"-yə istinadən xəbər verir ki, Livanın baş naziri Nəcib Miqati, Vatikana səfərinin sonunda Roma məscidi və onun İslam mərkəzinə səfəri zamanı müsəlman və xristianların birliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Miqati, deyib ki, iman müsəlmanları və xristianları birləşdirir, səmanın bir dili və bir Allahı var.

O, sözünün davamında qeyd edib ki, Məgər Peyğəmbər (s) demədimi ki, hamınız ilahi ipdən yapışın və dağılmayın? İsa Məsih (ə) sizi mənim sizi sevdiyim kimi bir-birinizi sevməyə dəvət etmədimi?

Roma İslam Mərkəzinin rəhbəri Abdulla Rizvan da Miqatiyə müraciət edərək deyib: "Sevdiyimiz livanı geri qaytaracağınıza ümid edirik. Livan sözün əsl mənasında müsəlmanların və xristianların insani dəyərlərin və birgəyaşayışının qorunmasında öz rolunu oynamalıdır."

4016955

Ad:
E-poçt:
* Comment:
* captcha: