IQNA

8:46 - November 30, 2021
Xəbər sayı: 3491284
"MURİC" İslam Təşkilatının direktoru Nigeriya universitetinə qadın tələbələr və müsəlman ustadların hicab geyinmələrinə icazə vermələri üçün 7 günlük ultimatum verib.

İQNA, "Sahara Reporters"-ə istinadən xəbər verir ki, "MURİC" İslam Təşkilatı, bazar ertəsi (29 dekabr) Ogun əyalətinin paytaxtı Abukata şəhərində yerləşən Federal Kənd Təsərrüfatı Universitetinin rəhbərliyini universitetdə müsəlman qız tələbələrə hicabı qadağan etdiyinə görə tənqid edib.

"MURIC"-in direktoru İshaq Akintola, bu barədə açıqlama verib: "İbtidai məktəbdən ali məktəbə qədər heç bir təhsil müəssisəsinin, federal, əyalət və hətta özəl qurumların hicabdan və ya örtükdən istifadəni qadağan etmək hüququ yoxdur."

Bu Təşkilat, bu addımı emosional və dini etiqad azadlığına zəmanət verən konstitusiyaya zidd adlandırıb.

"MURİC"-in məlumatına görə, universitet rəsmiləri hicabdan istifadə etdiyi üçün müsəlman qızın içəri girməsinə mane olub.

4017189

Ad:
E-poçt:
* Comment:
* captcha: