IQNA

14:39 - November 30, 2021
Xəbər sayı: 3491287
Livanın Sayda şəhərinin sünni ruhanisi Şeyx Qazi Yusif Həninə, beynəlxalq hüququn zəruriliyini vurğulayıb. Onun nəzərində bu beynəlxalq hüquq, müsəlmanların qanını tökmək üçün hər hansı təxribatçı planları və İslam məzhəbləri arasında parçalanmanı qadağan etməlidir.

Livan Müsəlman Alimləri Dərnəyi Qəyyumlar Şurasının Şafii Məzəbi İdarəsinin sədri Şeyx Qazi Yusif Həninə, "İQNA"-ya müsahibəsində deyib: "İslam dünyasında müsəlman qardaş qanının axıdılmasını qadağan edən qanunvericiliyə ehtiyac vardır."

O, bildirib ki, İslamın qüdrət amillərindən biri də İslam ümmətinin övladları arasında birliyin olmasıdır. Buna görə də, vəhdət ümmətin qüdrətinin, sabitliyinin, millətin daimiyi və toxunulmazlığının əsas təminatçısı hesab olunur.

O, İslam vəhdətinin əsas mənşəyini Allahın birliyinə, sonra da Onun Rəsuluna iman və Allahın kitabına iman hesab edərək deyib: " Quran, ilk "Fatihə" surəsindən sonuncu surə olan "Nas" surəsinə qədər tərbiyə və əxlaq sahəsində qanunlar, qaydalar və göstərişlərdən bəhs edən bir kitabdır. Tarix boyu və yer üzünün hər yerində İslam ümmətinin övladları arasında ədalət və bərabərliyin zəruriliyini vurğulayır.

Şeyx Qazi Yusif Həninə, qeyd edib ki, fiqhin təfərrüatlarını müzakirə etmək və onu ixtilaf nöqtəsinə çevirmək müsəlmanlar arasında birliyin yaranmasına mane olur.

O, çıxışının başqa bir hissəsində İslam birliyinin möhkəmləndirilməsində medianın rolu ilə bağlı deyib: "Media psixoloji ehtiyacdır və insan həyatının bir hissəsidir. Bu gün ərəb dünyasında minlərlə peyk kanalı var. Təəssüflər olsun ki, bəzi KİV-lər bəşəriyyəti maarifləndirmək, doğru yola yönəltməkdən daha çox bölücülük vasitəsinə çevrilib."

Livan Müsəlman Üləma Dərnəyinin Şafii Məzhəbi Qəyyumlar Şurasının rəhbəri, sonda İQNA-ya Quranın maarifinin yayılmasında göstərdiyi səylərə görə təşəkkür edərək deyib: "Qurani-Kərimə xidmət sahəsində xəbər agentliyinin işini təkmilləşdirmək lazımdır. Xüsusilə İQNA Facebook, Twitter və İnstagramda fəaliyyətini genişləndirməlidir."

4010984

Ad:
E-poçt:
* Comment:
* captcha: