IQNA

15:24 - December 09, 2021
Xəbər sayı: 3491340
Müqəddəs Hüseyni Astanının Darül-Quranı, "Ənisən-Nufus" Quran Dərnəyi ilə əməkdaşlıq çərçivəsində Bağdadda şəhidlərin xatirəsini yad etmək üçün Quran məclisi keçirib.

"İQNA", İraqdan xəbər verir ki, Müqəddəs Hüseyni Astanının Darül-Quranı Dərnəyinin Rəhbəri Hacı Rəsul Əl-Vəzni deyib: "Darül-Quran, şəhidlər üçün xüsusi Quran proqramı keçirməyə çox həvəsli idi. İlk dəfə belə bir mərasim üç il əvvəl keçirilib. Bu məclis, indiyədək İmam Hüseynin (ə) hərəmindən başqa İraqın müxtəlif əyalətlərinin məscidlər və hüseyniyyələrin də keçirilir."

O, bildirib ki, Darul-Quran, Bağdaddakı şöbəsi vasitəsilə və "Ənisən-Nufus" Quran Dərnəyi ilə əməkdaşlıq edərək bu dəfə Bağdadın Cəmilə bölgəsində şəhidlərin xatirəsini yad etmək üçün Quranla üns məclisi keçirib. Bu məclis, Quransevərlər və şəhid ailələri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Hacı Rəsul Əl-Vəzni, qeyd edib ki, mərasimin sonunda iştirakçılara Müqəddəs Hüseyni Astanı tərəfindən çap olunmuş kitab və İmam Hüseynin (ə) hərəminin günbəzinin bayrağı kimi müqəddəs hədiyyələr paylanıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: