IQNA

Böyük Britaniyanın Uels şəhərində İslam Mərkəzinin açılışı

17:16 - December 14, 2021
Xəbər sayı: 3491369
Böyük Britaniyanın Uels şəhərindəki Aberqavenni Məscidi və İslam Mərkəzi bu məntəqənin merinin iştirakı ilə açılıb.

"İQNA", "Chronicle Abergavenni"-yə istinadən xəbər verir ki, Aberqon şəhərinin meri Tudor Tomas, məscid və mərkəzin açılışını hərarətlə qarşılayaraq, Uels xalqının bütün dinlərə və millətlərə qarşı dözümlülüyünü vurğulayaraq deyib: "Uels müsəlmanları üçün bu mərkəz, müsəlman icmalarının sosial və mədəni fəaliyyətləri üçün xüsusi bir mərkəzin olması deməkdir.

Abarqoni müsəlman icmasına daha əvvəl şəhərdə cümə namazı qılmağa icazə verilmişdi.

Mərasimdə şəhər müsəlmanları əfqan qaçqınlarını qəbul etməyə hazır olduqlarını bəyan ediblər.

Abergoni, Monmotşir bölgəsində yerləşən, təxminən 12,000 əhalisi olan Uelsin bazar şəhəridir. Uelsdə 40-a yaxın məscid var. Bu məscidlərin əksəriyyəti daha çox müsəlman əhalisi olan Kardiff, Nyuport və Suonsi kimi şəhərlərdə yerləşir. Uelsdə 50 minə yaxın müsəlman var.

4020552

Ad:
E-poçt:
* Comment:
captcha