IQNA

21:48 - December 14, 2021
Xəbər sayı: 3491371

Şərqi Almaniyada məscidə gecə hücum edilib

Almaniya polisi bildirib ki, maskalı hücumçular dünən gecə ölkənin şərqində məscidə basqın edərək, məscidin pəncərələrini sındırıb və yaxınlıqdakı zibil qutularını yandırıblar.

Şərqi Almaniyada məscidə gecə hücum edilib

"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, Almaniya polisinin sözçüsü bildirib ki, dünən gecə maskalı şəxslər Leypsiq şəhərinin şərqindəki məscidə hücum ediblər. Onun dörd şüşəsini də sındırıblar.

İlkin nəticələrə görə, Folkmar-Sadrov məhəlləsində yerləşən məscid 100-ə yaxın maskalı qrup tərəfindən zərər görüb.

Həmin şəxslər məscidin yaxınlığındakı zibil qutularını da yandırıblar.

Polis indiyədək 11 nəfəri həbs edib. Hələ daha ətraflı məlumat verilməyib.

4020791

captcha