IQNA

Kanadada hicablı müəllimə dəstək üçün petisiya hazırlanır

16:32 - December 15, 2021
Xəbər sayı: 3491376
Kanada Müsəlmanları Milli Şurası, petisiya hazırlayıb, Kanadanın baş nazirini hicablı müəllimin işdən çıxarılmasına müdaxilə etməyə və onun işdən çıxarılmasının qarşısını almağa çağırıb.

"İQNA", "Toys Matrix"-ə istinadən xəbər verir ki, Kanada Müsəlmanları Milli Şurası (NCCM) məlumat yayıb ki, baş nazir Castin Trüdonun müdaxilə edərək Kvebek əyalətində müsəlman müəllimin dərsdə hicab taxdığına görə qovulmasının qarşısının alınması üçün petisiyaya imza toplanır.

2019-cu ildə qəbul edilən Quebec Bill 21, əksər dövlət işçilərinin iş zamanı dini simvollar, o cümlədən hicab taxmasını qadağan edir.

"NCCM", Kanada Vətəndaş Azadlıqları Assosiasiyası ilə birlikdə bu qanun layihəsini ləğv etmək üçün mübarizə aparır. Çünki bu qanun insan hüquqlarını pozur.

NCCM, həmçinin ədalətsiz qanun layihəsinin müsəlman qadınları hədəf aldığını bəyan edib.

Müəllimin ötən həftə işdən çıxarılmasından sonra bu qanun layihəsi ilə bağlı dava qızışıb.

O, qeyd edib ki, Utandırıcı həqiqət budur ki, Bill 21 yerində olduğu müddətcə o, nə birinci, nə də sonuncu olacaq.

Bir halda ki, baş nazir Trüdo əyalətin insanlara nə geyinəcəyini söyləməməli olduğunu deyib.

4020870

Ad:
E-poçt:
* Comment:
captcha