IQNA

Quran xəttatlığı İslam dünyasını birləşdirir

19:06 - December 21, 2021
Xəbər sayı: 3491419
Qurani-Kərimi nastəlik üslubunda xəttatlıq edən Təndis Təqəvi, xəttatlığın ümumbəşəri bir sənət olduğunu və Quran xəttatlığının İslam dünyası xalqlarını birləşdirdiyini vurğulayır.

"İQNA", xəbər verir ki, Təndis Təqəvi uzun illərdir ki, xəttatlıq, xüsusilə Quran və İslam xəttatlığı sahəsində fəaliyyət göstərən xəttatlardandır. O, həm də müəllim, məktəblər üçün dərsliklərin hazırlanmasında müəlliflik və tədqiqatçılıq edir.

Təqəvi, xaricdə Yəlda gecəsi ilə bağlı "Quran və Hafiz" sərgisinin iştirakçılarından biri olub. Bu sərgidə iştirak etmək üçün o, Hafizin şeirləri mövzusunda üç əsəri xəttatlıq edib və bu sərgiyə təqdim edib.

O, İran xəttatının ən mühüm missiyasını İran xəttatlığını və şəxsiyyətini tanıtmaq hesab edir.

Qurani-Kərimi nastəlik üslubunda xəttatlıq edən Təndis Təqəvi, xəttatlığın ümumbəşəri bir sənət olduğunu və Quran xəttatlığının İslam dünyası xalqlarını birləşdirdiyini vurğulayır.

4022371

Ad:
E-poçt:
* Comment:
captcha