IQNA

Qətərdə İslam adətlərinə zidd olan mallar mağazalardan toplanıb

14:25 - December 25, 2021
Xəbər sayı: 3491439
Qətər rəsmiləri ölkədəki mağazalardan İslam əleyhinə olan uşaq malları və oyuncaqlar kolleksiyasını toplayıblar.

"İQNA", "Global Village Space"-ə istinadən xəbər verir ki, Qətərin Ticarət və Sənaye Nazirliyi oyuncaqların toplanması və müsadirə edilməsinin səbəbini açıqlamayıb. Amma bu oyuncaqların bəzilərində İslam dəyərlərinə zidd dizaynlar var idi.

Qətərin Ticarət və Sənaye Nazirliyi Twitter-də yazıb: "Qətərin müxtəlif yerlərində bir neçə pərakəndə satış mağazasında yoxlama kampaniyaları aparılıb."

Yoxlama zamanı qanun pozuntuları, o cümlədən uşaq oyuncaqlarının dizaynı İslam dəyərlərinə zidd olan hallar aşkar edilib.

Qətərin rəsmi xəbər agentliyinə ayrıca açıqlama verən nazirlik bütün vətəndaşları ölkənin adət-ənənələrinə zidd olan loqo və ya dizaynı olan məhsullar barədə məlumat verməyə çağırıb.

4023078

 

Ad:
E-poçt:
* Comment:
captcha