IQNA

Türkiyənin Ədirnə vilayətində kilsənin məscidə çevrilməsi

9:26 - December 27, 2021
Xəbər sayı: 3491456
Türkiyənin Ədirnə vilayətində məscidə çevrilən tarixi kilsə din xadimlərinin iştirakı ilə açılıb.

"İQNA", "Green City Times"-a istinadən xəbər verir ki, Türkiyə hökuməti Ədirnə vilayətinin Enez şəhərindəki Ayasofya kilsəsini Dini Qurumlar Baş İdarəsi tərəfindən yenidən qurulduqdan sonra məscidə çevirib.

Ayasofya kilsəsi 12-ci əsr Bizans dövründə tikilib. O, 1456-cı ildə Fatih Məhəmməd tərəfindən məscidə çevrilmişdi. İndi əvvəlki adla yenidən açılır.

Türkiyə Diyanət İşləri Təşkilatının rəhbəri Əli Ərbaş deyib: "Keçən il İstanbulda Ayasofyanın açılışından sonra bu gün Ədirnədəki Ayasofyanın açılışını etmək üçün yenidən buradayıq."

Bu abidə 56 il əvvəl baş vermiş zəlzələ nəticəsində binaya dəyən zərərdən  indiyədək istifadə edilməmişdir. İslam mədəniyyətinin məscidə əsaslanan bir mədəniyyət olduğunu deyən Ərbaş əlavə edib: "Harada məscid, minarə görsək, sevinirik."

Türkiyə daha üç kilsəni məscidə çevirməyi planlaşdırır.

4023535

Ad:
E-poçt:
* Comment:
captcha