IQNA

14:21 - January 03, 2022
Xəbər sayı: 3491500

Müsəlman könüllülər İrlandiyanın paytaxtında evsizlərə kömək edib

Yeni il ərəfəsində İrlandiya paytaxtında bir islam qruplaşması evsiz-eşiksiz insanlara içərisində zəruri əşyalar olan onlarla çanta paylayıb.

Müsəlman könüllülər İrlandiyanın paytaxtında evsizlərə kömək edib

"İQNA", "Dublin Live"-a istinadən xəbər verir ki, Dublin şəhərindəki bir qrup müsəlman qadın, sərt qışda qida ehtiyatlarının xilaskar ola biləcəyinə inanaraq, Milad və Yeni il bayramlarında heç bir evsizin ac qalmamasına çalışıb.

Ötən həftə və xüsusilə Milad ərəfəsində "Eire Müsəlman Bacıları" könüllü qrupunun üzvləri ehtiyacı olanlara "həyat çantaları" çatdırmaq üçün küçələrə çıxıblar.

Qrupun lideri Lorraine Okonnor, bildirib ki, çantalarda evsizlər üçün sağlamlıq əşyaları, papaqlar, əlcəklər, şərflər və digər zəruri əşyalar olub.

4025382

captcha