IQNA

İraqda Quran üzrə iyirminci əyalət müsabiqəsi keçiriləcək

9:00 - January 04, 2022
Xəbər sayı: 3491503
İraqın Ənbar Əyaləti Şöbəsinin İslami Ədəblər Cəmiyyəti, Şaban ayında Qurani-Kərimin hifzi və qiraəti üzrə iyirminci əyalət müsabiqəsinin keçiriləcəyini elan edib.

"İQNA", "Qaf" Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, yarışmanın koordinasiya komitəsi elan edib ki, bu əyalət Quran yarışları hicri 1443-cü il Şaban ayının 10-dan 20-nə qədər keçiriləcək.

Bu müsabiqə, iki hissədən ibarətdir: Quranı bütünlüklə əzbərləmək və iraq muğamı əsasında qiraət etmək. Bu yarışlarda yalnız kişilər iştirak edə bilər.

4025887

captcha