IQNA

Qadınlar üçün Quran və Şəriət hökmləri üzrə dərslər təşkil ediləcək

10:33 - January 05, 2022
Xəbər sayı: 3491508
Hamburq İslam Mərkəzi 2022-ci ilin birinci rübündə qadınlar üçün onlayn Quran və Şəriət hökmləri üzrə dərslərin keçiriləcəyini elan edib.

"İQNA", xəbər verir ki, bu dərslərə Quranın qiraətinin öyrənilməsi, tematik təfsiri, Quranın qiraəti və tərcüməsi, qadınlara məxsus xüsusi şəriət hökmləri daxildir. Dərslərin bəziləri ruhu paklaşdırmağa və ingilis dilini öyrətməyə həsr olunub.

Cümə günləri "İslamda Heyvan Haqları" kitabını oxumaq və Professor Fəlaturi kitabxanasında saat 11-dən 12-yə kimi qadınlara aid şəriət hökmləri dərsi də Hamburq İslam Mərkəzinin 2022-ci ilin birinci rübündəki proqramlarından biridir.

Mərkəzdə həmçinin Yeni ildə 9-14 yaşlı yeniyetmələr üçün xüsusi dərslər keçirilir ki, bura cümə axşamı günləri saat 17-dən 18-dək Quran tilavəti dərsləri də daxildir.

4026223

captcha