IQNA

10:32 - January 05, 2022
Xəbər sayı: 3491509

Dini qruplar Almaniyada müsəlman məzarların dağıdılmasını pisləyib

Almaniyanın Eysleron şəhərində bir sıra dini qruplar toplaşaraq müsəlman məzarlarının dağıdılmasına etiraz ediblər.

Dini qruplar Almaniyada müsəlman məzarların dağıdılmasını pisləyib

"İQNA", "Deutsche Welle"-yə istinadən xəbər verir ki, Almaniyanın İslerlon şəhərinin polisi və prokurorunun verdiyi məlumata görə, Yeni il gecəsi Almaniyanın Saarland bölgəsində yerləşən İslerlon şəhərinin qəbiristanlığının müsəlmanlara aid hissəsində 30-a yaxın məzar naməlum şəxslər tərəfindən dağıdılıb.

Bununla əlaqədar yanvarın 3-də bu şəhərin 300-dən çox sakini könüllü aksiyada bu qəbiristanlığa toplaşaraq İslami qəbirlərin dağıdılmasını pisləyib və müsəlmanlarla həmrəy olduqlarını bildiriblər.

Nümayişçilər arasında müxtəlif dinlərin nümayəndələri, o cümlədən Almaniya Xristian Demokrat Partiyasının baş katibi Paul Zimiak da var idi.

Zymiak bununla bağlı deyib: "Müsəlmanlar bu şəhərin sakinləridirlər və onu özlərinə vətən hesab edirlər. Onlara qarşı bizim də xoş hisslərimiz var. Lakin onların aramlığı və rahatlığı aradan gedib."

4026218

captcha