"İQNA", "Deutsche Welle"-yə istinadən xəbər verir ki, Almaniyanın İslerlon şəhərinin polisi və prokurorunun verdiyi məlumata görə, Yeni il gecəsi Almaniyanın Saarland bölgəsində yerləşən İslerlon şəhərinin qəbiristanlığının müsəlmanlara aid hissəsində 30-a yaxın məzar naməlum şəxslər tərəfindən dağıdılıb.
Bununla əlaqədar yanvarın 3-də bu şəhərin 300-dən çox sakini könüllü aksiyada bu qəbiristanlığa toplaşaraq İslami qəbirlərin dağıdılmasını pisləyib və müsəlmanlarla həmrəy olduqlarını bildiriblər.
Nümayişçilər arasında müxtəlif dinlərin nümayəndələri, o cümlədən Almaniya Xristian Demokrat Partiyasının baş katibi Paul Zimiak da var idi.
Zymiak bununla bağlı deyib: "Müsəlmanlar bu şəhərin sakinləridirlər və onu özlərinə vətən hesab edirlər. Onlara qarşı bizim də xoş hisslərimiz var. Lakin onların aramlığı və rahatlığı aradan gedib."
4026218