"İQNA", "Əl-Kəfil" Dünya Şəbəkəsinə istinadən xəbər verir ki, Bağdaddakı Quran Təhsil Mərkəzinin ustadı Əli Abbas əl-Xalidi deyib: "Bu mərkəz Bağdadda 45-dən çox Quran öyrənənin iştirakı ilə yeni başlayanlar üçün qiraət və təcvid təlimi kursu təşkil edib.
Bu kurs hər cümə günü Bağdadın Cəmilə səmtindəki Hacı Mucisir əl-Beyzani məscidində keçirilir.
Müqəddəs Abbasi Astanına bağlı Quran Tədris Mərkəzinin Bağdad şöbəsi tərəfindən cəmiyyətin müxtəlif qrupları arasında Quran mədəniyyətini yaymaq məqsədi ilə Bağdadda Quran kursları və layihələri davamlı olaraq təşkil edilir.
4026093