IQNA

Fransada müsəlman xanımdan hicabını çıxarmaq tələb edildi

21:11 - January 07, 2022
Xəbər sayı: 3491522
Təcrübəçi vəkil hicablı olduğu üçün Fransa paytaxtı Parisdə islamofob rəftara məruz qalıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, təcrübəçi vəkil hicablı olduğu üçün Fransa paytaxtı Parisdə islamofob rəftara məruz qalıb.

İnsident vəkillər kollegiyasının peşə hazırlığı məktəbinin buraxılış mərasimində baş verib.

Belə ki, tədbir zamanı məktəb administrasiyası müsəlman xanımdan hicabını çıxarmasını, əks halda isə, zalı tərk etməsini tələb edib.

Vəkil xanım bu tələbləri yerində yetirməkdən imtina edib, bundan sonra məktəbin əməkdaşları heç kimin onu görməməsi üçün zalın ən sonunda əyləşməsini tələb edib.

Vəkil Sara bu tələbi də yerinə yetirməkdən imtina etdikdə, onu yenidən mərasimdə iştirakın qadağan edilməsi ilə hədələyiblər.

Mərasimin digər iştirakçıları təhsil müəssisəsinin bu cür rəftarını tənqid ediblər.

 
Teqlər: fransa ، müsəlman ، quran ، İslam ، hicab ، paris
captcha